CƏMİYYƏT


Sabah Bakıda 18 dərəcəyədək isti olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aprelin 7-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman, axşam çiskin olacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-7, gündüz 14-18 dərəcə isti, Bakıda gecə 4-6, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.