SİYASƏT


Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Qapanlı kəndini atəşə tutub

Müdafiə Nazirliyi bildirir ki, aprelin 6-da günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri 60 millimetrlik minaatanlardan istifadə etməklə Tərtər rayonunun Qapanlı kəndini atəşə tutublar. Atəş nəticəsində mülki əhalinin şəxsi təsərrüfatına ziyan dəyib. Silahlı Qüvvələrimizin bölmələri tərəfindən dərhal həyata keçirilən cavab tədbirləri nəticəsində düşmən susdurulub, itki yoxdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır