MƏDƏNİYYƏT


Bakıda "AITF-2017" sərgisi açılıb

Aprelin 6-də Bakı Ekspo Mərkəzində turizm biznesinin peşəkarları üçün nəzərdə tutulmuş aparıcı tədbir olan XVI Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər (AITF-2017) sərgisi öz qapılarını ziyarətçilərin üzünə açıb. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “İteca Caspian” və onun tərəfdaşı “İTE Group plc” şirkətlərinin təşkilatçılığı ilə gerçəkləşən ənənəvi sərgi Xəzəryanı regionda turizm sənayesinin ən böyük tədbiri sayılır. AITF Dünya Turizm Təşkilatı (UNWTO) və Asiya-Sakit Okean Turizm Assosiasiyası (PATA) tərəfindən dəstəklənir.