CƏMİYYƏT


Mərkəzi Nəbatat Bağı şəhər sakinlərinin mədəni istirahət guşəsinə çevrilib

Mərkəzi Nəbatat Bağı 80 ildən artıqdır ki, fəaliyyət göstərir. Bağın ərazisi 41 hektardan çoxdur. İndiyədək burada dünyanın müxtəlif botaniki-coğrafi vilayətlərindən introduksiya edilmiş bitkilərin, o cümlədən Qafqaz və Azərbaycan florasına məxsus nadir və nəsli kəsilməkdə olan bir sıra qiymətli ağac, kol, ot bitkilərinin geniş kolleksiyası yaradılıb. Botanika İnstitutunun nəzdində bir şöbə kimi yaradılan bağ 2000-ci ildən Mərkəzi Nəbatat Bağı kimi fəaliyyət göstərir.