DÜNYA


Rusiya MN ABŞ-ın Suriyada bombaladığı aviabazanın havadan görüntülərini yayıb

Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov ABŞ-ın raket zərbələrinin effektivliyinin aşağı olduğunu bildirib. Onun sözlərinə görə, ABŞ-ın hərbi gəmilərdən buraxdığı 59 Tomahawk raketlərindən hədəfə yalnız yarıdan azı gedib çatıb. Zərbələrdən sonra uçuş zolağı, Suriyanın təyyarələrinə heç nə olmayıb. Xatırladaq ki, ABŞ aprelin 7-nə keçən gecə Suriya hökumətinin Şayrat aviabazasına güclü raket zərbələri endirib. Səbəb kimi həmin aviabazada kimyəvi silahların olması və onların buradan qalxan təyyarələrlə mülki əhaliyə qarşı istifadəsi göstərilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır