MƏDƏNİYYƏT


İstedadlı rəssam Aida Mahmudovanın Vyanada “Landscaped” adlı fərdi sərgisi açılıb

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində istedadlı Azərbaycan rəssamı Aida Mahmudovanın “Landscaped” adlı fərdi sərgisi açılıb. Gənc rəssamın fırçasının məhsulu olan rəsmlər toplusu sərgini ziyarət edən incəsənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb.