SİYASƏT


Sue Li: AZƏRTAC-ın Çin dilində xəbərlər yayması təqdirəlayiqdir

Görüşdə baş direktor Aslan Aslanov Azərbaycan ilə Çin arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, ölkələrimizin iştirakı ilə Asiya və Avropanı birləşdirən nəhəng layihələrin reallaşdırıldığını bildirib. AZƏRTAC-ın Çinin Sinxua agentliyi ilə həm Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA), həm də ikitərəfli qaydada sıx əməkdaşlıq etdiyini qeyd edən baş direktor hazırda tərəflərin yeni müqavilə imzalamaq istiqamətində danışıqlar apardığını diqqətə çatdırıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır