DÜNYA


Stokholmda törədilən terror aktının görüntüləri yayılıb

Mağazalardan birinin müşahidə kamerasına düşən kadrlarda insanların qorxu içərisində sürətlə gələn yük maşınından gizlənməyə çalışdıqları görünür. Bir neçə şəxsin son anda canlarını qurtararaq mağazaya girdikləri kameraya düşüb. Aprelin 7-si Stokholmda Stokholmun mərkəzi piyada küçələrindən birində yük maşını insanları vurub. Naməlum şəxsin həmin maşını qaçırdığı məlum olub. Nəticədə 4 nəfər həlak olub, 15 nəfər yaralanıb. Onlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir. Polis hadisənin törədilməsində şübhəli bilinən şəxsi saxlayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır