CƏMİYYƏT


XƏBƏRDARLIQ: Havanın temperaturu 4-7 dərəcə aşağı enəcək

Milli Hidrometeorologiya Departamenti xəbərdarlıq edir ki, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra aprelin 9-u axşam qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, 11-i gündüzədək qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu tədricən 4-7° aşağı enəcək.