İDMAN


Azərbaycan futbolunun sabahı: U-15 və U-16 milli komandaları
AZƏRTAC-ın REPORTAJI

Azərbaycanın 15 və 16 yaşlı futbolçulardan ibarət milli yığma komandaları formalaşdırılır. Artıq 4 aya yaxındır ki, seçim mərhələsinə start verilib. Bu günədək hər iki komandanın təxminən 70 faizə qədəri yığılıb. Buna baxmayaraq AFFA yeni istedadlar axtarışındadır. Sevindirici haldır ki, bu komandalara həm ölkə daxilində, həm də digər ölkələrin futbol komandalarında oynayan azərbaycanlı yeniyetmələr cəlb olunur.