CƏMİYYƏT


Yusif Səfərov küçəsi tam istifadəyə verilib

Bakının Xətai rayonundakı Yusif Səfərov küçəsinin Heydər Əliyev prospektindən Afiyəddin Cəlilov küçəsi istiqamətinə olan hissəsi də təmir edilərək sürücülərin istifadəsinə verilib. Bununla da 1,25 km uzunluğunda olan Yusif Səfərov küçəsi hər iki istiqamət üzrə tam olaraq yenidən qurulub.