MƏDƏNİYYƏT


Bakı Şopinq Festivalının təntənəli açılış mərasimi keçirilib

Aprelin 10-da Heydər Əliyev Sarayında Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Konqreslər Bürosunun təşkilatçılığı ilə Bakı Şopinq Festivalının təntənəli açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev festivalın əhəmiyyətindən söz açıb. Bildirib ki, təkcə Azərbaycanda və Qafqazda deyil, bütün regionda və hətta dünyada böyük marağa səbəb olacaq Bakı Şopinq Festivalının proqramı geniş və rəngarəngdir. Dünya turizm və ticarət təcrübəsindən götürülən bu festivalın təşkili MDB məkanında ilk dəfə olaraq ölkəmizdə tətbiq edilir.