DÜNYA


Diyarbəkirdə güclü partlayış olub

Türkiyənin Diyarbəkir vilayətində güclü partlayış baş verib. Partlayış Diyarbəkir vilayətinin Bağlar rayonundakı polis məktəbinin yaxınlığında meydana gəlib. Hadisə yerinə təhlükəsizlik qüvvələri, xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb edilib. İlkin məlumata görə partlayış nəticəsində dörd nəfər yaralanıb.