CƏMİYYƏT


Qeyri-sabit hava şəraiti sabah gündüzədək davam edəcək

Aprelin 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeronda gecə 7-9, gündüz 13-17 dərəcə isti, Bakıda gecə 7-9, gündüz 14-16 dərəcə isti olacağı gözlənilir.