CƏMİYYƏT


Bakıda istifadə müddəti bitmiş kolbasa və sosiska satan şəxslər saxlanılıb

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) paytaxt ərazisində istifadə müddəti bitmiş kolbasa və sosiska məmulatlarının satışının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri Nicat Babaşi və Vüqar Səlimov yararlılıq müddəti bitmiş kolbasa və sosiska məhsullarını satarkən saxlanılıblar.