ELM VƏ TƏHSİL


Ali məktəblərə ilk qəbul imtahanlarının keçiriləcəyi vaxt müəyyənləşib

Dövlət İmtahan Mərkəzindən bildiriblər ki, II və III ixtisas qrupları üzrə ilk qəbul imtahanı aprelin 30-da, I və IV ixtisas qrupları üzrə isə mayın 7-də keçiriləcək. Bu imtahanlarda “Abituriyentin elektron ərizəsi” formasını təsdiqləyən və orada yazda keçiriləcək imtahanı vermək arzusunda olduğunu bildirən abituriyentlər iştirak edə bilərlər.