CƏMİYYƏT


Saatlıda daha bir avtomobil yolu yenidən qurulur

“Azəravtoyol” ASC Saatlı rayonu, Saatlı-Musalı-Dəlilər-Novruzlu avtomobil yolunun yenidən qurulması işlərinə start verib. Hazırda sözügedən avtomobil yolunda yol yatağının tikintisi işləri aparılır. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Bunun əvəzinə xüsusi material tökülərək yenidən kipləşdirilib. Yol geyiminin əsasının tikintisi işləri qum-çınqıl və optimal qırmadaş qarışığından aparılır.