CƏMİYYƏT


İstirahət günü bəzi yerlərdə yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aprelin 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gündüz yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 8-11, gündüz 15-19 dərəcə isti, Bakıda gecə 9-11, gündüz 16-18 dərəcə isti olacağı gözlənilir.