CƏMİYYƏT


“Bakı-2017”-nin simvollarının maskot heykəlləri müxtəlif rənglərə boyandı

Aprelin 16-da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Qız Qalasının qarşısında “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının rəsmi rəmzləri olan “İncə” və “Cəsur” maskot heykəllərinin rənglənməsinə həsr olunmuş tədbir keçirilib. Original rəngdə boyanmış “Bakı-2017” dizayn maskotları Nizami küçəsində, digər rənglənmiş cütlük İçərişəhərdə, üçüncü maskot isə Dənizkənarı Milli parkda yerləşdiriləcək.