RƏSMİ


Varvara Su Elektrik Stansiyası yenidənqurmadan sonra istismara verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 16-da Yevlax rayonuna səfəri çərçivəsində Varvara Su Elektrik Stansiyasının yenidənqurmadan sonra açılışında iştirak edib. Dövlətimizin başçısının rəhbərliyi ilə son illərdə elektroenergetika sahəsində mühüm işlər görülüb. Bu işlərin nəticəsində ölkə iqtisadiyyatının bütün sahələri kimi elektroenergetika sistemində də köklü dəyişikliklər aparılır, əsaslı islahatlar həyata keçirilir. Bu istiqamətdə görülən işlərin arasında yeni su elektrik stansiyalarının inşası, mövcud olanların isə əsaslı şəkildə yenidən qurulmasına xüsusi diqqət yetirilir.