CƏMİYYƏT


"Sovetski"də aparılan yenidənqurma işləri yekunlaşır

Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində “Azəravtoyol” ASC tərəfindən ümumi uzunluğu 7.6 km-ə yaxın olan 5 küçədə aparılan yenidənqurma işləri yekunlaşmaq üzrədir. Artıq bu çərçivədə işlərin 85 faizi aparılaraq yekunlaşdırılıb. İşlərin tam olaraq yekunlaşdığı 440 metr uzunluğunda və genişləndirildikdən sonra eni 15 metrə çatan Balababa Məcidov küçəsindən başqa, hazırda Abdulla Şaiq, Mirzəağa Əliyev və Füzuli küçələrində də son tamamlanma işləri görülür.