DÜNYA


Xabarovskda Federal Təhlükəsizlik Xidmətinin binasına silahlı basqın olub

Aprelin 21-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Xabarovsk vilayəti üzrə idarəsinə silahlı basqın olub. Naməlum şəxs texniki nəzarət zonasını keçmədən qəbula gələnlərə atəş açıb. FTX-nin bir əməkdaşı və qəbula gəlmiş iki nəfərdən biri həlak olub, digəri yaralanıb. Qəbula gələnlərin MDB ölkələrindən birinin vətəndaşları olduğu bildirilir.