DÜNYA


Vaşinqtonda Türkiyənin Milli Suverenlik və Uşaqlar Günü qeyd edilib

Aprelin 23-də Vaşinqtonda sülh və həmrəylik yürüşü keçirilib. Ağ Evdən başlanan və Vest Potomak parkında başa çatan bu tədbir Türkiyənin Milli Suverenlik və Uşaqlar Günü bayramına həsr edilib. Yürüşün minlərlə iştirakçısı Konstitusion Avenyu, Memorial Park və Linkoln Memorialı marşrutu üzrə hərəkət ediblər. Yürüş başa çatandan sonra Vest Potomak parkında təşkil olunmuş bayram festivalında Türkiyə dövlət folklor rəqs truppası və müğənni Kənan Doğulu çıxış edib. Video: Yusif Babanlı