İDMAN


"Bakı Kristal Zalı"nda İslam Həmrəyliyi Oyunlarına hazırlıq işləri tamamlanmaq üzrədir

Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında bir sıra yarışların baş tutacağı “Bakı Kristal Zalı”nda hazırlıq işləri tamamlanmaq üzrədir. “Bakı Kristal Zalı”nda hazırlıq işləri ilə yaxından tanış olmaq üçün bu gün media nümayəndələrinin turu təşkil olunub.