SİYASƏT


Dubayda keçirilən sərgidə Ermənistanın təxribatının qarşısı alınıb

Aprelin 24-27-də Dubayda keçirilən və dünyada ən nüfuzlu turizm sərgilərindən olan “Arabian Travel Market”də Ermənistan tərəfi yenə təxribata əl ataraq Ermənistana aid stenddə ölkəmizin işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimi təbliğ edən əyani vasitələr və xəritələr yerləşdirməyə cəhd edib. Bu fakt Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyi və Dubaydakı baş konsulluğu tərəfindən müəyyən olunub, dərhal sərginin təşkilatçılarına və BƏƏ-nin rəsmi orqanlarına müraciət edilib və bu təxribatın qarşısı alınıb. Nəticə etibarilə, qondarma rejimi təbliğ edən təxribatçı xarakterli əyani vasitələr Ermənistan stendindən yığışdırılıb.