SİYASƏT


Atəşkəs rejimi 115 dəfə pozulub

Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan, Voskevan, Şavarşavan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Quşçu Ayrım, Fərəhli və Kəmərli kəndlərində, Berd rayonunun Ayqedzor, Çinari kəndlərində və adsız yüksəkliklərdəki mövqelərdən Tovuz rayonunun Ağbulaq, Muncuqlu və Koxanəbi kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdən isə Gədəbəy rayonunun Qaravəlilər kəndində yerləşən mövqelərimiz atəşə tutulub.