RƏSMİ


Prezident İlham Əliyev Yaponiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 25-də Yaponiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katorinin etimadnaməsini qəbul edib. AZƏRTAC xəbər verir ki, səfir Teruyuki Katori fəxri qarovul dəstəsinin qarşısından keçdi. Teruyuki Katori etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.