CƏMİYYƏT


"TransCaspian/Translogistica" 2017 sərgisində AZƏRTAC da öz stendi ilə təmsil olunur

Bakı Ekspo Mərkəzində keçirilən XVI Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika "TransCaspian/Translogistica" 2017 sərgisində AZƏRTAC da öz stendi ilə təmsil olunur. AZƏRTAC-ın stendi ilə tanış olan ziyarətçilərə Azərbaycanın nəqliyyat sahəsi, ulu öndər Heydər Əliyevin nəqliyyatın inkişafı strategiyası, Prezident İlham Əliyevin bu sahədə uğurla reallaşdırdığı layihələr barədə ətraflı məlumat verilir.