SİYASƏT


Heydər Əliyev Fondu ilə Qazaxıstanın Birinci Prezident Fondu arasında memorandum imzalanıb

Mayın 2-də Heydər Əliyev Fondu ilə Qazaxıstanın Birinci Prezident Fondu - Millətin Lideri arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. AZƏRTAC xəbər verir ki, memorandumu Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Qazaxıstan Respublikasının Birinci Prezident Fondunun - Millətin Liderinin icraçı direktoru Kanat Cumabayev imzalayıblar.