RƏSMİ


Prezident İlham Əliyev NATO baş katibinin ictimai məsələlər üzrə müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də NATO baş katibinin ictimai məsələlər üzrə müavini Tacan İldemi qəbul edib. AZƏRTAC xəbər verir ki, Tacan İldem NATO baş katibinin ictimai məsələlər üzrə müavini vəzifəsində Azərbaycana ilk dəfə gəldiyindən məmnunluğunu ifadə etdi, ölkəmizə sonuncu səfərindən iki il keçməsinə baxmayaraq, böyük bir inkişaf prosesinin şahidi olduğunu vurğuladı. Tacan İldem NATO-nun baş katibi Yens Stoltenberqin salamlarını dövlətimizin başçısına çatdırdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır