CƏMİYYƏT


Sərnişin avtobusda öz həyatını təhlükəyə atdı

Bakı Nəqliyyat Agentliyi ictimai nəqliyyatda təhlükəsizlik qaydalarını pozan sərnişinin video görüntülərini yayıb. Təqdim olunan vidoda cavan oğlan digər nəqliyyat vasitələri kimi, avtobusun da svetoforda saxlamasını qəbul etməyərək avtobusun qapısını açmağa çalışır və ancaq fövqəladə hadisələr zamanı sərnişinlərin təxliyyə edilməsi üçün nəzərdə tutulmuş vasitədən istifadə edərək, avtobusun qapısını açıb yolun ortasında düşür.