CƏMİYYƏT


Qala-Pirallahı avtomobil yolunun 1 km-lik hissəsi yenidən qurulub

Qala-Pirallahı avtomobil yolunun Pirallahı körpüsünün girişinə qədər 1 km uzunluğunda olan yanaşma yolunun yenidən qurulması işləri tam olaraq yekunlaşıb. Yenidənqurma işləri çərçivəsində yolun mövcud eni 7 metrdən 21-22-i metrə qədər və dənizə doğru genişləndirilib, 25 metr enində karbonat materialından istifadə edilərək yeni yol yatağı, qum-çınqıl və optimal-qırmadaş qarışığından ibarət isə yol əsasının inşası işləri aparılıb.