SİYASƏT


Forum çərçivəsində dünya turizminin perspektivləri müzakirə edilib

Mayın 5-də Dördüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Daha yaxşı gələcəyin qurulması naminə turizmin transformativ gücündən istifadə: Müştərək məsuliyyət" mövzusunda birinci plenar sessiya keçirilib. Sessiyanın moderatoru, Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai hər zaman aktuallığı ilə seçilən turizm mövzusuna həsr olunan sessiyanın əhəmiyyətini vurğulayıb. Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə təşəkkür edib.