MÜSAHİBƏ


Turizm Təşkilatının baş katibi: İnsan Azərbaycanda özünü təhlükəsiz hiss edir

Bu fikirləri IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun iştirakçısı, Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai deyib. O, bildirib: " Bu, mənim Azərbaycana 4-5-ci gəlişimdir. Hər gəlişimdə Bakının hələ də tam tanımadığımı, kəşf etməli çox şey olduğunu anlayıram. Şəhərdə baş verən dəyişiliklər məni heyrətləndirdi. Bu, Azərbaycanda dinamik bir cəmiyyətin, güclü rəhbərliyin olduğunun isbatıdır. Ölkənizə çoxlu uğurlar arzulayıram. Təhlükəsizlik bir çox ölkənin narahat olduğu bir mövzudur. Bu Azərbaycan üçün problem deyil. Çünki burada dövlət sizi qoruyur. İnsan Azərbaycanda özünü təhlükəsiz hiss edir".