SİYASƏT


Sülh münasibətlərinin mədəniyyətlərarası dialoq yolu ilə inkişaf etdirilməsi xüsusi önəmə malikdir

Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun üçüncü günündə sessiyalardan biri “Mədəniyyətlərarası dialoq yolu ilə sülh münasibətlərinin inkişaf etdirilməsi” mövzusuna həsr edilib. AZƏRTAC xəbər verir ki, sessiyanın moderatoru, “Global Compass” şirkətinin prezidenti Jan-Kristof Bas müzakirə olunan mövzunun xüsusilə son zamanlarda aktuallıq kəsb etdiyini söyləyib. O, Bakı Forumunun mədəniyyətlərarası dialoqun inkişafı üçün yeni imkanlar yaradacağına əminliyini bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır