İDMAN


Azərbaycan velosipedçisi 4-cü mərhələdən sonra da liderliyini qoruyub

Ümummilli Lider Heydər Əliyevin 94-cü ildönümünə həsr olunmuş “Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun 4-cü yarış gününə yekun vurulub. "Report"un məlumatına görə, 2.1 kateqoriyalı yarışın 164 km-lik bu mərhələsində iştirakçılar saat 09:30-da Qəbələ rayon İcra Hakimiyyətinin qarşısından start götürməklə İsmayıllı - Ağsu - Şamaxı marşrutu üzrə hərəkət ediblər və Pirquluda yerləşən Vergilər nazirliyinin Tədris Mərkəsinin qarşısında finiş xəttini keçiblər.