RƏSMİ


Tanınmış alim, akademik Rəfiqə Əliyeva ilə vida mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib

Mayın 7-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) binasında respublikamızın tanınmış kimyaçı alimi, akademik, kimya elmləri doktoru, professor, Əməkdar Elm Xadimi Rəfiqə Əliyeva ilə vida mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri vida mərasimində iştirak ediblər.