ELM VƏ TƏHSİL


I və IV qrupları üzrə qəbul imtahanının nəticələri elan edilib

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 7-də ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini mayın 8-də saat 18:35-dən etibarən elan edib. İmtahanda iştirak etmək üçün sənəd vermiş 30 239 abituriyentdən 706 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 24 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilib.