CƏMİYYƏT


Sabahdan hava qeyri-sabit keçəcək, temperatur 9 dərəcəyədək aşağı enəcək

Mayın 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu Abşeronda gecə 13-15, gündüz 18-23 dərəcə isti, Bakıda gecə 13-15, gündüz 19-21 dərəcə isti olacaq.