CƏMİYYƏT


Sabah paytaxtda bir çox avtobusların hərəkət istiqamətində dəyişiklik olacaq

IV İslam Həmrəyliyi Oyunlarının Açılış mərsimi ilə əlaqədar sabah Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi fəaliyyət göstərməyəcək. Həmin gün səhər saat 06:00-dan Bakı ətrafı kənd və qəsəbələrdən Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzinə gələn marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyası müəyyən olunmuş istiqamətlər - metronun "Qara Qarayev", "Neftçilər" və "Həzi Aslanov" stansiyalarına doğru dəyişdiriləcək.