CƏMİYYƏT


Bakıda 11 yerdə taksilər üçün xüsusi dayanacaq yaradılıb

Bakı Nəqliyyat Agentliyinin pasportlaşdırdığı 79 taksi duracaqlarının müəyyən edilən standartlara uyğunlaşdırılmasına başlanılıb. Artıq paytaxtın müxtəlif küçə və prospektində yerləşən 11 taksi duracağında yeni və beynəlxalq standartlara uyğun formada dizayn edilərək xətlənmə və nişanlanma işləri aparılır. Taksidən istifadə edən sərnişinlərin təhlükəsizliyi məqsədi ilə, duracağın ətrafında dəmir məhəccərlər qoyulub. Duracaqdan fiziki imkanları məhdud şəxslərin, eləcə də uşaq arabası ilə olan sərnişinlərin də rahat istifadə edə bilməsi üçün panduslar da quraşdırılıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır