RƏSMİ


Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının dövlət nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 11-də Səudiyyə Ərəbistanı Krallığının körfəz məsələləri üzrə dövlət naziri Tamer Al-Sabhanı qəbul edib. Dövlət naziri Tamer Al-Sabhan İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səudun salamlarını və məktubunu dövlətimizin başçısına çatdırdı. O, ölkəsinin Azərbaycan ilə sıx dostluq və əməkdaşlıq əlaqələri qurmaqda maraqlı olduğunu dedi.