ELM VƏ TƏHSİL


IV İslam Həmrəyliyi Oyunlarına həsr olunan fleşmob

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Dənizkənarı Milli Park ərazisində IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə həsr olunmuş məktəblilərdən ibarət yürüş, fleşmob və konsert keçirilib. 1500 nəfərə yaxın məktəblinin qoşulduğu yürüşün ardınca 350 nəfər məktəblinin iştirakı ilə rәqs-fleşmob tәqdim olunub. Eyni zamanda yürüş zamanı Oyunlarda iştirak edəcək dövlətlərin bayraqları nümayiş olunub. Daha sonra tədbir Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Uşaq-Gənclər Yaradıcılıq mərkəzlərinin bədii kollektivlərinin konsert proqramı ilə davam etdirilib.‎
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır