İDMAN


İslamiada: Azərbaycanın yunan-Roma güləşçisi Kamran Məmmədov qızıl medal qazanıb

Mayın 18-də IV İslam Həmrəyliyi Oyunlarının yunan-Roma güləşi yarışlarında 66 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Kamran Məmmədov milli komandamızın aktivinə növbəti qızıl medalı yazdırıb. K.Məmmədov həlledici mərhələdə Qırğızıstan güləşçisi Janat Kyılbayev ilə qarşılaşıb. Görüş vaxtından əvvəl 9:0 hesabı ilə Azərbaycan pəhləvanının xeyrinə başa çatıb.