MƏDƏNİYYƏT


Dənizkənarı Milli Parkda ərəb çadırları qurulub

Bura hansısa ərəb ölkəsi deyil. Bakı Bulvarıdır. İstənilən paytaxt sakinləri və əcnəbilər Dənizkənarı Milli Parka gəlib, Səudiyyə Ərəbistanının ölkəmizdə nümayiş etdirdiyi mədəniyyət və milli mətbəxi ilə tanış ola bilər. Mayın 20-dək ərəb düşərgəsinə təşrif buyuran hər kəs maraqlı rəqs nümunələri və fərqli mədəniyyətin şahidi ola bilər.