CƏMİYYƏT


Ramazan ayının başlanması ilə əlaqədar fətva verilib

Fətva mayın 24-də QMİ-də şeyxülislam Allahşükür Paşazadənin sədrliyi ilə keçən toplantıda verilib. Fətvada deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının builki hesablamalarına əsasən, ölkə ərazimizin üfüqünə uyğun olaraq Ramazan ayının 1-i Ayın görünməsi ilə miladi təqvimlə 2017-ci il mayın 27-nə təsadüf edəcək. Ayın göründüyü andan etibarən Ramazan ayı başlayacaq.