CƏMİYYƏT


IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində avtobuslarla 23 mindən çox sərnişin Olimpiya Stadionuna daşınıb

Bağlanış mərasimi zamanı 23164 sərnişin stadion ərazisinə, mərasim bitdikdən sonra isə 22651 sərnişin stadiondan təyin olunmuş məntəqələrə daşınıb. Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.