SİYASƏT


Müdafiə Nazirliyi: Ermənistanın beynəlxalq qurumlara böhtan atması sistemli xarakter alıb

Ermənistanın beynəlxalq qurumlara böhtan ataraq onları açıq surətdə şantaj etməsi artıq sistemli xarakter alıb. Bu fikir Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində keçirilən monitorinq zamanı guya Azərbaycan tərəfinin ATƏT-in missiyasını ön mövqelərə çıxarmaması barədə Ermənistan mətbuatında növbəti dəfə yayılan xəbərlərlə bağlı Müdafiə Nazirliyinin yaydığı açıqlamada qeyd olunub.