CƏMİYYƏT


Mayın 30-dan güzəştli mənzil əldə etmək hüququ olan vətəndaşların müraciətlərinin qeydiyyatı başlayacaq

Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin qeydiyyatına mayın 30-dan etibarən başlanılacaq. Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat katibi Diana Dadaşova qeydiyyatın necə aparılacağı barədə məlumat verib.