CƏMİYYƏT


“Bakı Ürək Günləri” V Beynəlxalq Konqresinin rəsmi açılışı olub

Mayın 27-də “Gülüstan” sarayında Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin (AÜDCC) təşkilatçılığı ilə “Bakı Ürək Günləri” V Beynəlxalq Konqresinin açılış mərasimi keçirilib. Bu beynəlxalq tədbir ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr edilib. Tədbirdə Prezident Administrasiyası humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə Prezident İlham Əliyevin konqres iştirakçılarına təbrik məktubunu oxuyub.